​Türkiyə biznesmenləri ölkə iqtisadiyyatının gələcəyinə pessimizmlə yanaşır

​Türkiyə biznesmenləri ölkə iqtisadiyyatının gələcəyinə pessimizmlə yanaşır "EuroFinans": Türkiyədəki şirkətlər üçün valyuta, daxili və xarici geosiyasi risklər səbəbindən çətin bir il olacaq
Maliyyə
5 May , 2015 14:53
​Türkiyə biznesmenləri ölkə iqtisadiyyatının gələcəyinə pessimizmlə yanaşır

Bakı. 5 may. REPORT.AZ/ "EuroFinans" maliyyə təşkilatının Türkiyədə keçirdiyi konfransda iştirak edən aparıcı yerli şirkətlərin maliyyə menecerləri biznesin gələcəyinə pessimist yanaşdıqlarını bəyan ediblər. Onların fikrincə, yaxın 12 ayda Türkiyə iqtisadiyyatında biznesi narahat edən ciddi proseslərin müşahidə olunacağı gözlənilir.

"Report" xəbər verir ki, "EuroFinans"ın Türkiyədə 11-ci dəfə təşkil etdiyi və "Nağd vəsait, xəzinədarlıq və risk menecmenti" mövzusunda keçirilən konfransa ölkənin aparıcı şirkətlərinin yüksək ranqlı xəzinə və maliyyə menecerləri qatılıblar. İştirakçıların sadəcə 15%-i müəssisələrin ölkədə qarşıdakı 12 ay ərzində fəaliyyətinin pozitiv olacağını düşünür. Eyni müddətdə Türkiyənin iqtisadi inkişafı barədə neqativ fikirdə olan iştirakçıların sayı isə 83% olub.

"EuroFinans"ın müdir müavini Katerin Morton "Türkiyədəki şirkətlər üçün xüsusilə valyuta məzənnələrinin təsiri ilə yanaşı, daxili və xarici geosiyasi risklər səbəbindən çətin bir il olacağını düşünürük. Amma uzunmüddətlı perspektivdə menecerlərin ehtiyatlı davrandıqlarını və müsbət fikirdə olduqlarını görürük", - deyə bildirib.

Son xəbərlər

Orphus sistemi