​“Turanbank” yeni əmanət kampaniyasına başlayıb

​“Turanbank” yeni əmanət kampaniyasına başlayıb Azərbaycanın "Turanbank"ı "Pullarınız yerində saymasın" şüarı altında illik 14,5%-lik yeni əmanət kampaniyasına başlayıb
Maliyyə
1 Oktyabr , 2014 18:15
​“Turanbank” yeni əmanət kampaniyasına başlayıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Turanbank"ı "Pullarınız yerində saymasın" şüarı altında illik 14,5%-lik yeni əmanət kampaniyasına başlayıb. Bu barədə “Report”a bankın baş ofisindən məlumat verilib.

Bu ilin sonunacan davam edəcək aksiya zamanı Bankın "Sirlər Xəzinəsi" məhsulları içərisində ən gəlirli əmanət növü olan "Xəzinə" depozitinə yerləşdirilən vəsaitlər öz sahibinə illik 14,5% gəlir gətirəcək. "Turanbank"ın əmanətçilərinə pulsuz "MasterCard" plastik kartı, həmçinin əmanət üzrə məbləğin 90%-i həcmində güzəştli kredit əldə etmək imkanı verilir.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında "Turanbank"ın depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 66,8 mln. manata çatıb.

Xatırladaq ki, bankın 15 xidmət nöqtəsi (o cümlədən, 8-i regionlarda) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi