​"Turanbank" yeni kredit kampaniyasına başlayır

​"Turanbank" yeni kredit kampaniyasına başlayır "Turanbank"ın istənilən filialına müraciət etməklə endirimdən yararlanmaq mümkündür
Maliyyə
21 Avqust , 2015 16:22
​Turanbank yeni kredit kampaniyasına başlayır

Bakı. 21 avqust. REPORT.AZ/ "Turanbank" ASC Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarına peşə bayramları münasibətilə avqustun 24-26-da mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edəcək. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Göstərilən tarixlərdə "Turanbank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, hər il avqustun 23-ü Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi