​"Turanbank"ın yeni filialı açılıb

​"Turanbank"ın yeni filialı açılıb Yeni filial Ağcabədi rayonunda açılıb
Maliyyə
17 Mart , 2015 19:57
​Turanbankın yeni filialı açılıb

Bakı. 17 mart. REPORT.AZ/ "Turanbank" ASC Ağcabədi rayonunda yeni filialını açıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bankın İdarə Heyətinin sədri Nazim Sadıqov Ağcabədi filialının yerli əhaliyə, mikro, kiçik və orta sahibkarlığa, istehsala, ticarətə dəstək göstərməklə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və bununla da regionun sosial-iqtisadi inkişafına töhfə verəcəyini deyib.

Ağcabədi filialı yerli əhali və sahibkarlıq subyektlərinə hesablaşma-kassa əməliyyatları, müxtəlif növ istehlak və biznes kreditlərinin verilməsi, sənədli əməliyyatların aparılması, cari və əmanət hesablarının açılması, plastik kartlarla əməliyyatlar, pul köçürmələri, investisiya qoyuluşları üzrə məsləhət xidmətlərinin təqdim olunması, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s. xidmətləri göstərəcək.

Ağcabədi filialının istifadəyə verilməsi ilə "Turanbank"ın xidmət nöqtələrinin sayı 16-ya çatıb. Bunlardan 10-u regionlarda, 7-si isə paytaxtda fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi