​"Turanbank" və "Azərkosmos"un səhmləri birjanın listinqinə daxil edilib

​"Turanbank" və "Azərkosmos"un səhmləri birjanın listinqinə daxil edilib "Azərkosmos" ASC-nin səhmlərinin BFB-nin standard bazar seqmentində yerləşdirilməsinə mayın 12-də başlanacaq
Maliyyə
9 May , 2015 14:53
​Turanbank və Azərkosmosun səhmləri birjanın listinqinə daxil edilib

Bakı. 9 may. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Turanbank" ASC-nin qiymətli kağızları BFB-də standard bazar seqmentində listinqə qəbul edilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, 43 440 ədəd qiymətli kağız ticarətə buraxılıb. Qiymətli kağızların ilkin ticarət qiyməti 1 082 manat təşkil edir.

Bundan başqa, Listinq Komitəsinin qərarı ilə "Azərkosmos" ASC-nin qiyməti kağızları BFB-də standard bazar seqmentinqə listinqə daxil edilib. Qiymətli kağızların ilkin ticarət qiyməti 20 manat təşkil edir. Bildirək ki, "Azərkosmos"un 1 850 530 ədəd qiymətli kağızının ticarətinə icazə verilib.

BFB-nin məlumatına əsasən, "Azərkosmos" ASC-nin adi sənədli səhmlərinin BFB-də standard bazar seqmentində yerləşdirilməsinə 12 maydan etibarən başlanacaq. Emissiyanın ümumi həcmi 23 610 600 manat təşkil edir. Anderrayter qismində "PSG-Broker" MMC çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi