​"Turanbank" müştərilərə yeni xidmət təklif etməyə başlayıb

​"Turanbank" müştərilərə yeni xidmət təklif etməyə başlayıb Bu xidmətlə bağlı Bank aşağı komisyon haqq təklif edir
Maliyyə
9 Avqust , 2016 11:05
​Turanbank müştərilərə yeni xidmət təklif etməyə başlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ "Turanbank" ASC Böyük Britaniyanın "TaxFree4U" şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə "Tax Free" xidmətini təklif edir.

"Report"un "Turanbank"a istinadən verdiyi xəbərə görə, Bankın təklif etdiyi bu xidmət ən aşağı komisyon haqq müqabilində müştərilərin Avropada etdikləri alış-verişlər üzrə tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) qısa zaman ərzində geriyə qaytarılmasını təmin edir. Bu xidmət vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi dövlətlərə səfər etmiş Bank müştəriləri həmin ölkələrdə alış-veriş zamanı ödədikləri ƏDV-nin 19%-dək hissəsini operativ şəkildə geri almaq imkanı qazanırlar.

Bank hazırda müştərilərə manat və ABŞ dollarında müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir. Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda - Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi