​"TuranBank" milli təhlükəsizlik orqanları işçilərinə kredit faizlərində 3% endirim elan edib

​"TuranBank" milli təhlükəsizlik orqanları işçilərinə kredit faizlərində 3% endirim elan edib Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür
Maliyyə
28 Mart , 2015 13:02
​TuranBank milli təhlükəsizlik orqanları işçilərinə kredit faizlərində 3% endirim elan edib

Bakı. 28 mart. REPORT.AZ/ "TuranBank" ASC milli təhlükəsizlik orqanları işçilərinə bayramları münasibətilə 29-31 mart tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a bankın baş ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanına əsasən, 28 mart Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi