​"Turanbank"ın səhm zərfi satılıb

​"Turanbank"ın səhm zərfi satılıb Bankın səhmlərinin təqribən 71%-i fiziki şəxslərə məxsusdur
Maliyyə
16 İyun , 2016 17:00
​Turanbankın səhm zərfi satılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) "Turanbank" ASC-nin səhmlərinin alqı-satqısı üzrə 6 əqd bağlanıb. 

"Report" BFB-yə istinadən xəbər verir ki, səhmlər iyunun 10-da təkrar bazarda əldə edilib.

Söhbət hər birinin nominal dəyəri 1 082 manat olan 111 səhmdən (toplam - 120 102 manat) gedir. Səhmləri alan və satan tərəflər açıqlanmır.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin ötən ilin mayında qəbul etdiyi qərarla “Turanbank”ın səhmləri standard bazar seqmentində listinqə daxil edilib. Ticarətə Bankın 46 213 səhmi buraxılıb.

"Turanbank"ın nizamnamə kapitalı 50,003 mln. manatdır. Bankın səhmlərinin 29,2%-i 6 hüquqi şəxsə, 70,8%-i isə 21 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi