"​Turanbank"ın aktivləri 63% artıb

"​Turanbank"ın aktivləri 63% artıb Hesabat ilində Bankın kredit portfeli 29% genişlənib
Maliyyə
30 Yanvar , 2016 14:35
​Turanbankın aktivləri 63% artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Turanbank" ASC-nin aktivləri 2015-ci il ərzində 63% artaraq bu il yanvarın 1-nə 536,2 mln. manat təşkil edib. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, Bankın kredit portfeli 2015-ci ildə 29,3% artaraq 290,5 mln. manata çatıb.

Hesabat ilində Bankın müştəri hesabları və depozit portfeli 71% artaraq 216,7 mln. manat təşkil edib və depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi illik müqayisədə 83,9% artaraq 181,1 mln. manat olub.

Ötən ilin sonuna "Turanbank"ın nizamnamə kapitalı 6,4% artaraq 50 mln. manat, məcmu kapitalı isə 53,2 mln. manat təşkil edib. Keçən il Bankın gəlirləri 38,244 mln. manat, xərcləri isə 38,190 mln. manat, mənfəəti isə 54 min manat olub.

Xatırladaq ki, 1992-ci ildə yaradılan "Turanbank"ın hazırda 16 xidmət nöqtəsi var ki, onlardan 9-u Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi