"Turanbank"da yeni təyinat olub

"Turanbank"da yeni təyinat olub Bankın Proseslərin idarə edilməsi Departamentinə direktor təyin edilib
Maliyyə
26 Avqust , 2016 16:20
Turanbankda yeni təyinat olub

Bakı. 26 avqust. REPORT.AZ/ "Turanbank" ASC-nin Proseslərin idarə edilməsi Departamentinə direktor təyin edilib. "Report" xəbər verir ki, indiyə qədər vakant olan bu vəzifəyə Anar Əsədli gətirilib.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 50 002 466 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 082 manat olan 46 213 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 29,2%-i 6 hüquqi şəxsə, 70,8%-i isə 20 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi