​"Turan Bank"ın aktivləri son bir ildə 23% artıb

​"Turan Bank"ın aktivləri son bir ildə 23% artıb Hesabat dövründə Bankın kredit portfeli 19% artıb
Maliyyə
19 Noyabr , 2014 10:34
​Turan Bankın aktivləri son bir ildə 23% artıb
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC-nin aktivləri bu ilin noyabrın 1-nə 291,5 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 22,9% çoxdur. Bu barədə "Report"a bankın baş ofisindən məlumat verilib.

Hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 19% artaraq 219,1 mln. manata çatıb.

Bankın müştəri hesabları və depozit portfeli 135,8 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 68,4 mln. manat olub. Bu göstərici 2013-cü ilin analoji dövrü ilə müqayisədə 18,8% çoxdur.

Bu ilin noyabrın 1-nə bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıb. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə isə 22% artaraq 55,7 mln. manat təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Bankın gəlirləri 27,253 mln. manat, xərcləri isə 20,988 mln. manat, balans mənfəəti isə 6,265 mln. manat olub.

Xatırladaq ki, hazırda "Turan Bank"ın 15 xidmət nöqtəsi (8-i - regionlarda) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi