​"Turan Bank" yeni kredit kampaniyası keçirir

​"Turan Bank" yeni kredit kampaniyası keçirir Kampaniya noyabrın 11-dək davam edəcək
Maliyyə
6 Noyabr , 2014 17:32
Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC Milli Televiziya və Radio Şurasının lisenziyası əsasında fəaliyyət göstərən dövlət və özəl radio, televiziya şirkətlərinin əməkdaşlarına peşə bayramları münasibətilə noyabrın 6-11-də bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən müddətdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir. 

Qeyd edək ki, hazırda "Turan Bank"ın 15 xidmət nöqtəsi (o cümlədən, 8-i regionlarda) və 17 valyuta mübadiləsi şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycanda hər il noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Belə ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi