​“Turan Bank”ın məcmu aktivləri bu il 14% artıb

​“Turan Bank”ın məcmu aktivləri bu il 14% artıb Azərbaycanın “Turan Bank” ASC-nin aktivlərinin həcmi son bir ildə 17,4%, cari ilin əvvəlindən isə 13,9%
Maliyyə
15 Sentyabr , 2014 15:58
​“Turan Bank”ın məcmu aktivləri bu il 14% artıb
Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Turan Bank” ASC-nin aktivlərinin həcmi son bir ildə 17,4%, cari ilin əvvəlindən isə 13,9% artaraq sentyabr ayının 1-nə 278,3 mln. manat təşkil edib. Bu barədə “Report”a “Turan Bank”ın mərkəzi ofisindən məlumat verilib.

Hesabat tarixinə Bankın kredit portfeli 203,2 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 12%, bu ilin əvvəlinə nisbətən 14% çoxdur.

Bununla yanaşı, Bankın müştəri hesabları və depozit portfeli 137,5 mln. manat, depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 66,8 mln. manat təşkil edib. Son bir ildə əmanətlərin həcmi 21% artıb.

Həmçinin, sentyabrın 1-nə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıb. Hesabat dövründə məcmu kapital ilin əvvəlinə nisbətən 13%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 22% artaraq 54,4 mln. manata çatıb.

Qeyd edək ki, 2014-cü ilin yanvar-avqust ayları ərzində "Turan Bank"ın gəlirləri 21,401 mln. manat, xərcləri isə 16,418 mln. manat təşkil edib. Nəticədə, hesabat dövrünü Bank 4,983 mln. manat həcmində balans mənfəəti ilə başa vurub.

Son xəbərlər

Orphus sistemi