​"Turan Bank" yeni kredit kampaniyası keçirir

​"Turan Bank" yeni kredit kampaniyası keçirir Bankın istənilən filialına müraciət etməklə endirimdən yararlanmaq mümkündür
Maliyyə
17 Avqust , 2015 13:31
​Turan Bank yeni kredit kampaniyası keçirir

Bakı. 17 avqust. REPORT.AZ/ "Turan Bank" ASC Sərhəd Qoşunlarının əməkdaşlarına avqustun 18-20-də bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim "Turan Bank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, 2000-ci ildən hər il avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi