​"Turan Bank" yeni kredit kampaniyası keçirir

​"Turan Bank" yeni kredit kampaniyası keçirir Endirim Daxili Qoşunların şəxsi heyəti üçün nəzərdə tutulub
Maliyyə
11 Mart , 2015 15:49
​Turan Bank yeni kredit kampaniyası keçirir

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının şəxsi heyəti üçün martın 12-16-da mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edəcək.

"Report"un banka istinadən verdiyi xəbərə görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir. 

Qeyd edək ki, 12 mart Azərbaycanda Daxili Qoşunların yaranma günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi