​"Turan Bank" yeni kredit cəlb edib

​"Turan Bank" yeni kredit cəlb edib Mikromaliyyə portfelini genişləndimək məqsədilə Banka 3 il müddətinə 5 mln. dollar ayrılıb
Maliyyə
24 Oktyabr , 2014 11:03

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC və "Microfinance Enhancement Facility" təşkilatı arasında Bankın mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 5 mln. ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Kredit sazişi ilə bağlı danışıqlar və təhlil mikromaliyyə sahəsində ixtisaslaşmış "Cyrano Management" şirkəti tərəfindən həyata keçirilib. "Cyrano" mikro və kiçik sahibkarlığa bank xidmətləri sahəsində peşəkar kollektivə malikdir.

Bu il "Turan Bank" özünün mikromaliyyə portfelini genişləndimək məqsədilə Almaniyanın "Bank im Bistum Essen eG"dən 3 il müddətinə 3,5 mln. dollar və "IIV Mikrofinanzfonds"dan 4 il müddətinə 5 mln. dollar həcmində kredit cəlb edib. Beləliklə, "Microfinance Enhancement Facility" ilə bağlanan müqavilə də daxil olmaqla cari ilin yanvar-oktyabr aylarında Azərbaycan bankının mikromaliyyə portfelinin artırılması istiqamətində cəlb etdiyi maliyyə resurslarının ümumi məbləği 13,5 mln. dollara çatıb.

Qeyd edək ki, hazırda "Turan Bank"ın ölkə üzrə 15 xidmət nöqtəsi (onlardan 8-i regionlarda) və 17 valyuta mübadiləsi şöbəsi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi