Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC fevralın 23-25-də "Azəryolservis" ASC-nin işçiləri üçün istehlak kreditlərinin illik faizlərində 3% endirim edəcək.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda hər il fevralın 22-si avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd olunur.