​"Turan Bank" xaricdən yeni kredit cəlb edib

​"Turan Bank" xaricdən yeni kredit cəlb edib Kreditin həcmi 5 mln. dollar, müddəti isə 4 ildir
Maliyyə
16 Sentyabr , 2014 17:08

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC ilə Almaniyanın "IIV Mikrofinanzfonds" (Frankfurt Maliyyə və Menecment Məktəbinin törəmə qurumu olan Frankfurt Maliyyə Xidmətləri Məktəbi tərəfindən tövsiyə olunub) maliyyə institutu arasında kredit sazişi imzalanıb.

Bankdan Report-a bildirilib ki, 4 il müddətinə 5 mln. ABŞ dolları həcmində ayrılan bu kredit “Turan Bank”ın mikromaliyyə portfelinin genişləndirilməsi üçün nəzərdə tutulub.

Almaniyada yerləşən qurum ixtisaslaşmış mikromaliyyə investisiya fondu olaraq alman qanunvericiliyi əsasında fəaliyyət göstərir. Vəsaitin verilməsi isə “Bank im Bistum Essen” tərəfindən həyata keçiriləcək.

Mikromaliyyələşmə "IIV Mikrofinanzfonds"un əsas fəaliyyət sahəsidir. Fond müxtəlif inkişaf etməkdə olan bazarlarda mikromaliyyələşmə sahəsində aktiv olan kiçik və ortamiqyaslı mikromaliyyə institutlarına, kommersiya banklarına investisiya qoyuluşları həyata keçirir. Bu investisiyalar vasitəsilə Fond Afrika, Asiya və Latın Amerikası ölkələrində fəaliyyətdə olan mikro-biznes sahiblərinin müxtəlif biznes ideyalarını dəstəkləyir. "IIV Mikrofinanzfonds" Almaniyada səhmləri açıq satış üçün qeydiyyatdan keçmiş ilk birgə mikromaliyyə fondudur.

Son xəbərlər

Orphus sistemi