"Turan Bank"ın aktivləri yanvarda 23% artıb

"Turan Bank"ın aktivləri yanvarda 23% artıb Bankın kredit və depozit portfeli 27% artıb
Maliyyə
2 Mart , 2015 17:20
Turan Bankın aktivləri yanvarda 23% artıb

Bakı. 2 mart. REPORT.AZ/ Cari ilin yanvar ayında "Turan Bank" ASC-nin aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 2015-ci il fevralın 1-nə 303,5 mln. manat təşkil edib. Bankın kredit portfeli isə ötən ilin yanvar ayı ilə müqayisədə 26,5% artaraq 225,6 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, yanvar ayında müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,5% artaraq 137,6 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 72 mln. manat olub.

Bankın nizamnamə kapitalı fevralın 1-nə illik müqayisədə 6,8% artaraq 47 mln. manat, məcmu kapitalı isə 8,9% artaraq 55,8 mln. manata çatıb.

Cari ilin ilk ayı nəticəsində "Turan Bank"ın gəlirləri 3,091 mln. manat, xərcləri isə 2,289 mln. manat olub. Hesabat dövrü ərzində bankın balans mənfəəti (vergidən əvvəl) 802 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi