"Turan Bank"ın aktivləri bu il 30% artıb

"Turan Bank"ın aktivləri bu il 30% artıb Bankın kredit portfeli isə yanvar-avqust aylarında 17% genişlənib
Maliyyə
23 Sentyabr , 2015 17:12
Turan Bankın aktivləri bu il 30% artıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Turan Bank" ASC-nin aktivlərinin həcmi son bir ildə 50%, ilin əvvəlindən isə 30% artaraq 2015-ci il sentyabrın 1-nə 417,7 mln. manat təşkil edib. Bankın kredit portfeli isə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 27%, ilin əvvəlindən 17% artaraq 258,8 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 33%, ilin əvvəlinə nisbətən isə 27% artaraq sentyabrın 1-nə 182,4 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 25,2%, cari ilin əvvəli ilə müqayisədə isə 15,9% artaraq 83,7 mln. manat olub.

Bununla yanaşı bildirilir ki, bankın nizamnamə kapitalı son bir ildə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 52,9 mln. manata çatıb.

Cari ilin yanvar-avqust aylarının fəaliyyətinin nəticələrinə əsasən, bankın gəlirləri 23,3 mln. manat, xərcləri isə 23 mln. manat olub. Nəticədə hesabat dövrünü bank 292,3 min manat mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi