​"Turan Bank" gömrük işçilərinə kredit faizlərində endirim təklif edir

​"Turan Bank" gömrük işçilərinə kredit faizlərində endirim təklif edir Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür
Maliyyə
29 Yanvar , 2015 13:38
​Turan Bank gömrük işçilərinə kredit faizlərində endirim təklif edir

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC Dövlət Gömrük Komitəsinin əməkdaşlarına peşə bayramları münasibətilə yanvarın 30-dan fevralın 3-dək mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim təklif edir. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Xatırladaq ki, hər il yanvar ayının 30-u Azərbaycanda gömrük işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Dövlət Gömrük Komitəsi məhz 1992-ci il yanvarın 30-da yaradılıb.

Son xəbərlər

Orphus sistemi