"Texnikabank"ın səhmdarları dəyişib

"Texnikabank"ın səhmdarları dəyişib Əsas səhmdar Müşahidə Şurasının sədri Etibar Əliyevdir
Maliyyə
13 Yanvar , 2016 14:48
Texnikabankın səhmdarları dəyişib

Bakı. 13 yanvar. REPORT.AZ/ “Texnikabank” ASC-nin səhmdarlarının strukturunda dəyişikliklər baş verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hazırda Bankın səhmdarları Müşahidə Şurasının sədri Etibar Mahmud oğlu Əliyev (87,06%), Allahverdi Huseyn oğlu Dəmirov (4,90%) və Mirfalax Cabbar oğlu Cabbarovdur (8,04%).

Qeyd edək ki, Bankın nizamnamə kapitalı 75,1 mln. manat təşkil edir.

Bundan əvvəl isə səhmlər "Beaufort Investissements S.A.” şirkəti (78,4421%) və fiziki şəxslərə (21,5579%) məxsus olub.

Son xəbərlər

Orphus sistemi