"Texnikabank"ın ləğvedicisi dəyişib

"Texnikabank"ın ləğvedicisi dəyişib Bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar qəbul edib
Maliyyə
19 Aprel , 2016 12:49
Texnikabankın ləğvedicisi dəyişib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan “Texnikabank” ASC-nin ləğvedicisi “M.M.M. Perfekt Konsaltinq” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.

"Report"un Əmanətlərin Sığortalanması Fonduna istinadən verdiyi xəbərə görə, artıq ləğvedici qismində bankın adından yalnız Fondun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalı adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.

Son xəbərlər

Orphus sistemi