​"Texnikabank"da sığorta hadisəsi baş verib

​"Texnikabank"da sığorta hadisəsi baş verib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
5 Fevral , 2016 10:47
​Texnikabankda sığorta hadisəsi baş verib

Bakı. 5 fevral. REPORT.AZ/ “Texnikabank” ASC-də sığorta hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

ƏSF Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 4 fevral 2016-cı il tarixli 16-00036-2016 nömrəli məktuba istinad edərək bildirir ki, ”Texnikabank”ın əməliyyatlarına moratorium tətbiq edilib. Bununla da “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq 4 fevral 2016-cı il tarixi “Texnikabank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Qanunun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində “Texnikabank”ın qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Texnikabank”da qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Son xəbərlər

Orphus sistemi