​Elman Rüstəmov: "Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək" - ƏLAVƏ OLUNUB

​Elman Rüstəmov: "Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək" - ƏLAVƏ OLUNUB "Yeni yaranmış vəziyyət manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edir"
Maliyyə
21 Dekabr , 2015 20:24
​Elman Rüstəmov: Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək - ƏLAVƏ OLUNUB

Bakı. 21 dekabr. REPORT.AZ/ "Biz müşahidə edirik ki, dünya bazarında neftin qiyməti ötən ilin iyulundan etibarən 3 dəfədən çox aşağı düşüb. Bu, Azərbaycan iqtisadiyyatı üçün gəlirlərin əhəmiyyətli dərəcədə azalması deməkdir. Bu azalma da ölkənin tədiyyə balansına əhəmiyyətli təsir göstərir". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib. 

Onun sözlərinə görə, valyuta bazarı və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin aşağı düşməsi deyil: 

"Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Son aylarda volatilliyin daha da artması nəticəsində bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz. Məsələn, son 3 ildə İran rialı 120% devalvasiyaya uğrayıb, Qazaxıstan təngəsi 108%, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşüb. Manat isə bir dəfə devalvasiyaya uğrayıb. Bizim bu ölkələrlə ciddi ticarət əlaqələrimiz var. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası baş verdi. İqtisadiyyat, valyuta bazarı, manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya oldu. Lakin yeni yaranmış vəziyyət manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edir". 

"Ona görə də bu gündən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin biz bundan sonra artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq", - E.Rüstəmov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi