Bakı. 25 iyun. REPORT.AZ/ "Standart Insurance" şirkəti bazara yeni sığorta məhsulları çıxarıb. Sığorta şirkətinin mərkəzi ofisindən "Report"a verilən məlumata görə, yeni sığorta məhsulları "Ekonom Kasko" və "Ekonom Kasko+" adlanır.
Satışa çıxarılan "Ekonom Kasko" məhsuluna görə, sığorta haqqı 65 manat, franşiza (şərti azadolma məbləği) 50 manat, sığortaçının bir hadisə və ümumilikdə müqavilə üzrə öhdəliyinin ən yüksək haqqı 1 050 manatdır.
İkinci sığorta məhsulu olan "Ekonom Kasko+" üzrə sığorta haqqı 90 manat, franşiza (şərti azadolma məbləği) 50 manat, sığortaçının bir hadisə və ümumilikdə müqavilə üzrə öhdəliyinin ən yüksək haqqı 2 050 manatdır.
Xatırladaq ki, şirkətin açıqlamasında bu sığorta paketlərinin artıq satışa çıxarıldığı deyilir.