​"Standard&Poor's" agentliyi Yaponiyanın kredit reytinqini azaldıb

​"Standard&Poor's" agentliyi Yaponiyanın kredit reytinqini azaldıb Reytinqin azaldılması hökumətin planlarına yaranan şübhələrlə bağlıdır
Maliyyə
16 Sentyabr , 2015 15:51
​Standard&Poor's agentliyi Yaponiyanın kredit reytinqini azaldıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Standard&Poor's" beynəlxalq reytinq agentliyi (S&P) Yaponiyanın kredit reytinqini "AA-" səviyyəsindən "A+"ə endirib, proqnozu isə "stabil"də saxlayıb.

"Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, Yaponiyanın kredit reytinqi və proqnozunun azaldılmasına səbəb hökumətin yaxın 2-3 ildə iqtisadiyyatın canlandırılması və deflyasiyanı aradan qaldırılmasında uğur əldə etməsinə yaranan şübhələr olub.

"S&P"nin analitikləri hesab edirlər ki, Yaponiyanın 54 trln. yen (450 mlrd. dollar) həcmində olan daxili borcu hökumətin ölkədə kreditləşməni artırmasına çətinlik yaradacaq.

Son xəbərlər

Orphus sistemi