"Standard & Poor's" agentliyi "PAŞA Bank"ın reytinqini təsdiqləyib

"Standard & Poor's" agentliyi "PAŞA Bank"ın reytinqini təsdiqləyib Bu, Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək reytinqdir
Maliyyə
2 Aprel , 2015 10:24
Standard & Poor's agentliyi PAŞA Bankın reytinqini təsdiqləyib

Bakı. 2 aprel. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "PAŞA Bank" ASC-nin yenidən uzunmüddətli reytinqini "BB-", qısamüddətli reytinqini “B” səviyyəsində, "stabil" proqnozla təsdiq edib. "Report"a bu barədə bankdan məlumat verilib.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş investisiya direktoru Taleh Kazımov bildirib ki, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu dövrdə "PAŞA Bank"ın reytinqinin təsdiqlənməsi Bankın etibarlılığının tutarlı təsdiqidir: “Real sektorun etibarlı maliyyə tərəfdaşı mövqeyini tutmaqla, gələcəkdə də biznesi dəstəkləyəcək və Azərbaycan iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz töhfəmizi verməyə hazırıq”.

Qeyd edək ki, bu Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək reytinqdir.

2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan "PAŞA Bank"da 300 çox əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi