​"Standard & Poor's" agentliyi Azərbaycan bank sisteminin risk dərəcəsini "ən yüksək" kimi qiymətləndirib

​"Standard & Poor's" agentliyi Azərbaycan bank sisteminin risk dərəcəsini "ən yüksək" kimi qiymətləndirib Bu kateqoriyaya həmçinin Qazaxıstan, Belarus, Ukrayna və Nigeriyanın bank sistemləri aid edilib
Maliyyə
1 Oktyabr , 2015 15:12
​Standard & Poor's agentliyi Azərbaycan bank sisteminin risk dərəcəsini ən yüksək kimi qiymətləndirib

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycan bankları üçün risk dərəcəsinin "ən yüksək" olduğunu bəyan edib. Agentlik Avropa, Orta Şərq və Afrika bölgəsində olan ölkələrin milli valyutalarının zəifləməsinin bu ölkələrdəki bankların risklərini artırdığını bildirib.

"S&P"-nin analitiki Timuçin Engin hazırladığı məruzədə Qazaxıstan, Belarus, Ukrayna, Azərbaycan və Nigeriyanın bank sisteminin risklərini "ən yüksək", Rusiya, Gürcüstan və Türkiyə üçün isə "yüksək" olduğunu qeyd edib. Məruzədə Cənubi Afrika, Polşa, Macarıstan və Xorvatiyanın bank sistemlərinin daha az neqativ təsirə məruz qalacağı vurğulanıb.

T.Engin məruzəsində risk amillərinin ölkədən ölkəyə dəyişdiyini, əsasən 3 elementdən ibarət olduğunu açıqlayıb. Bu, valyuta kreditlərində bankların yüksək kredit itkiləri, xalis açıq valyuta mövqeyindən yaranan zərər və xarici borca bağlı olan bankların maliyyələşmə problemlərinin yaranması amilləridir.

Məruzədə Türkiyəni yaxın gələcəkdə daha yüksək kredit itkiləri ilə qarşılaşacağı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi