"Standard Insurance" şirkəti I rübün nəticələrini açıqlayıb

"Standard Insurance" şirkəti I rübün nəticələrini açıqlayıb Ən böyük sığorta ödənişi 30 min manat olmaqla, kasko sığortası üzrə ödənilib
Maliyyə
19 May , 2015 15:13
Standard Insurance şirkəti I rübün nəticələrini açıqlayıb

Bakı. 19 may. REPORT.AZ/ "Standard Insurance" ASC 2015-ci ilin I rübü ərzində əmlak və məsuliyyət sığorta növlərinə aid ümumilikdə 1 319 sığorta hadisəsi üzrə ödəniş edib.

"Report"un “Standard Insurance” şirkətinin Hüquq və sığorta hadisələrinin araşdırılması Departamentindən əldə etdiyi məlumata görə, bu hadisələrin 299-u (23%) avtomobillərin kasko sığortası, 999-u (75%) nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, qalan 21-i (təqribən 2%) isə digər sığorta növləri, yəni daşınmaz əmlakın icbari sığortası, əmlak sığortası və səyahət sığortası üzrə olub.

Toplam olaraq I rüb ərzində şirkət sığorta hadisələri üzrə 1,224 mln. manat məbləğində ödəniş həyata keçirib. Bunun 377,7 min manatı avtomobillərin kasko sığortası, 803,5 min manatı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və 29,7 min manat digər sığorta növlərinin (daşınmaz əmlakın icbari sığortası, əmlak sığortası və səyahət sığortası) payına düşüb. Tibbi sığorta üzrə 12,912 min manat məbləğində xidmət göstərilib. Rüb ərzində bir sığorta hadisəsi üzrə ən böyük sığorta ödənişi 30 min manat kasko sığortası, ən kiçik ödəniş isə 40 manat məbləğlərində tibbi sığorta üzrə olub.

Son xəbərlər

Orphus sistemi