"Standard Insurance"in yığımları 4% artıb

"Standard Insurance"in yığımları 4% artıb Hesabat dövründə sığorta şirkətinin ödənişləri də artıb
Maliyyə
10 Oktyabr , 2016 11:26
Standard Insurancein yığımları 4% artıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Standard Insurance" ASC-nin yığımları 17 517 807 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,12% çoxdur.

Hesabat dövründə "Standard Insurance"in ödənişləri də artıb. Belə ki, Şirkət 9 ay ərzində 6 568 350 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 16,22% çoxdur.

2016-cı ilin yanvar-sentyabr aylarında "Standard Insurance" topladığı hər 100 manat sığorta haqqının 37,5 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-sentyabrında 33,59 manat olub.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi