"Standard Insurance": "Bank Standard"ın bağlanmasına görə ödənişlərdə problem yoxdur

"Standard Insurance": "Bank Standard"ın bağlanmasına görə ödənişlərdə problem yoxdur Sığorta şirkəti müştərilərinə ödənişləri digər banklar vasitəsilə həyata keçirir
Maliyyə
5 Oktyabr , 2016 15:27
Standard Insurance: Bank Standardın bağlanmasına görə ödənişlərdə problem yoxdur

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Standard Insurance" ASC-nin ləğvetmə prosesində olan "Bank Standard" QSC-də depoziti olsa da, bu, elə də böyük məbləğ deyil və şirkətin müştərilərinə ödəniş etməsinə problem yaratmayıb. Bunu "Report"a "Standard Insurance"dən deyiblər.

"Bankdakı məlum vəziyyətlə əlaqədar sığorta şirkəti bir neçə aydır ki, onunla əməkdaşlıq etmir. Hazırda "Standard Insurance" sığorta hadisəsi baş vermiş müştərilərinə ödənişi "Azər-Türk Bank", "Kapital Bank", "PAŞA Bank", "Atabank" və "Caspian Development Bank" ASC-lər vasitəsilə həyata keçirir", - deyə şirkətdən qeyd ediblər.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabrın 30-da "Bank Standard"ın lisenziyasını ləğv edib. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bəyan edib ki, yaranmış yeni vəziyyətdə bankla bağlılığı olan "Standard Insurance"in vəziyyəti də nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi