Son bir həftədə ABB-nin 136 min səhmi sahibini dəyişib

Son bir həftədə ABB-nin 136 min səhmi sahibini dəyişib Bank səhm bazarının əsas oyunçusu olaraq qalır
Maliyyə
16 Sentyabr , 2016 17:21
Son bir həftədə ABB-nin 136 min səhmi sahibini dəyişib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu həftə "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin satışı üzrə 5 əqd bağlanıb. "Report" BFB-yə istinadən xəbər verir ki, əqdlərə sentyabrın 14-də və 16-da imza atılıb.

Bu əqdlər Bankın hər birinin nominal dəyəri 0,27 manat olan 136 091 min səhminin (36 745 manatlıq) alqı-satqısını nəzərdə tutur. Səhmlər təkrar bazarda əldə edilib. Qiymətli kağızları satan və alan tərəflərin kimliyi açıqlanmır.

Xatırladaq ki,ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb. Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC-yə, 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi