"Solera Azerbaijan" rebrendinqi tamamlayıb

"Solera Azerbaijan" rebrendinqi tamamlayıb Bu gündən şirkət "Audatex Azerbaijan" adı ilə fəaliyyət göstərir
Maliyyə
2 İyul , 2015 11:20
Solera Azerbaijan rebrendinqi tamamlayıb

Bakı. 2 iyul. REPORT.AZ/ "Solera Azerbaijan" şirkəti rebrendinq işlərini tamamlayıb. "Report"un verdiyi xəbərə görə, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı ditektoru Elxan Quliyev məlumat verib.

E.Quliyevin sözlərinə görə, "Solera Azerbaijan" şirkətinin adı "Audatex Azerbaijan"a dəyişdirilib: "Dünən "Audatex Azerbaijan" şirkətinin rəhbərliyi ilə görüşümüz olub.
"Audatex Turkey"dən hazırda nümayəndələr buradadır. Onlar lokallaşdırma adlanan problem üzərində işləyirlər. Yəni, modellərin ehtiyat hissələrinin sistemləşdirilməsi üzərində iş gedir. İki işçi dünənədək Fransada ezamiyyətdə olub, lokallaşdırma işini aparırıdılar. Artıq bu gündən işçilər yeni brend altında çalışacaq".

Xatırladaq ki, 2014-cü ilin dekabr ayında sığorta hadisələri nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə dünyada qabaqcıl təşkilatlardan olan ABŞ-ın "Audatex" şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı İSB və "Audatex"i Fransada təmsil edən "Sidexa" şirkətinin iştirakı ilə birgə fəaliyyət haqqında müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi