SOCAR istiqrazlarının satış qiyməti artıb

SOCAR istiqrazlarının satış qiyməti artıb Qiymətli kağızların alış-satış qiymətləri bir qədər də artırılıb
Maliyyə
25 Oktyabr , 2016 10:50
SOCAR istiqrazlarının satış qiyməti artıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə alış-satış qiymətlərini bir qədər də artırıb. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.

Məlumata görə, istiqrazların alış qiyməti 1 001,08 dollardan 1 001,11 dollara, satış qiyməti isə 1 015,4 dollardan 1 016,11 dollara çatdırılıb.

Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 17-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.

Son xəbərlər

Orphus sistemi