SOCAR istiqrazlarının alış qiyməti artırılıb

SOCAR istiqrazlarının alış qiyməti artırılıb Qiymətli kağızların satış qiyməti isə dəyişməyib
Maliyyə
22 Oktyabr , 2016 09:32
SOCAR istiqrazlarının alış qiyməti artırılıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə alış qiymətini 1 000,45 dollardan 1 000,67 dollara qədər artırıb. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.

Məlumata görə, SOCAR istiqrazlarının satış qiyməti isə dəyişməyib və yenə də 1 015,00 dollara satılır.

Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 17-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.

Son xəbərlər

Orphus sistemi