SOCAR istiqrazları 1 000,45 dollara alınır, 1 015 dollara satılır

SOCAR istiqrazları 1 000,45 dollara alınır, 1 015 dollara satılır Alış-satış qiymətlərini istiqrazlar üzrə market-meyker olan "PSG Kapital" investisiya şirkəti açıqlayıb
Maliyyə
21 Oktyabr , 2016 12:49
SOCAR istiqrazları 1 000,45 dollara alınır, 1 015 dollara satılır

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə yeni alış-satış qiymətlərini açıqlayıb. Bu barədə "Report" "Bakı Fond Birjası" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda SOCAR istiqrazları 1 000,45 dollara alınır, 1 015,00 dollara satılır.

Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 17-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın geri alma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

Son xəbərlər

Orphus sistemi