SOCAR-ın büdcə ödənişi yanvarda sabit qalıb

SOCAR-ın büdcə ödənişi yanvarda sabit qalıb Şirkətin Dövlət Sosial Müdafiə Fonduna köçürdüyü vəsait isə 10,1 mln. manat təşkil edib
Maliyyə
9 Fevral , 2016 15:10
SOCAR-ın büdcə ödənişi yanvarda sabit qalıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 117,691 mln. manat vəsait ödəyib. Bu, illik müqayisədə cəmi 0,68% azdır.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ay SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna köçürdüyü vəsait isə 10,128 mln. manat təşkil edib. Keçən ilin yanvar ayı ilə müqayisədə DSMF-yə ödəniş 15,11% azalıb.

Son xəbərlər

Orphus sistemi