Bakı.23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “İnkişaf və İnteqrasiya Fondu” Gürcüstanın dövlət ali məktəblərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlı tələbələrin təhsil haqqının maliyyələşdirilməsini davam etdirir.
“Report” “SOCAR Georgia Petroleum”a istinadən xəbər verir ki, bu gündən sənədlərin qəbulu başlayıb.
Maraqlanan şəxslər SOCAR-ın Gürcüstan nümayəndəliyinə müraciət edə bilərlər.