"Silkway Insurance"ın ödənişləri kəskin artıb

"Silkway Insurance"ın ödənişləri kəskin artıb Hesabat dövründə şirkətin yığımları isə 10% artıb
Maliyyə
23 Avqust , 2016 10:17
Silkway Insuranceın ödənişləri kəskin artıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Silkway Insurance" ASC-nin yığımları 16 849 690 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətinin ödənişləri isə kəskin artıb. Belə ki, Şirkət 7 ay ərzində 244 364 manat ödəniş edib və bu, illik müqayisədə 6,56 dəfə çoxdur.

Cari ilin yanvar-iyul aylarında "Silkway Insurance" topladığı hər 100 manat sığorta haqqının 1,45 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 0,24% olub.

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi