Bakı. 6 sentyabr. REPORT.AZ/ Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bank əməliyyatları üzrə risklərin minimum səviyyəyə endirilməsi məqsədi ilə "Silkway Bank" ASC "Gold" və "Platinum" plastik kartlarından ATM vasitəsilə nağd vəsaitin çıxarılmasının gündəlik limitini 4 000 AZN/USD/EUR məbləğində təyin edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, əvvəl bu limit 2 min manat (USD, EUR) həcmində olub.
Bu məbləğdən artıq vəsaitin çıxarılması üçün Bankın baş ofis, filial və şöbəsinə yaxınlaşmaq lazımdır.
Qeyd edək ki, bütün digər kart növləri üzrə gün ərzində plastik kartlarla bankomatlar vasitəsilə nağd vəsaitlərin çıxarılması zamanı 2 000 manat (USD, EUR) həcmində limit müəyyən olunub.