"Silk Way Bank" birinci rübü zərərlə başa vurub

"Silk Way Bank" birinci rübü zərərlə başa vurub Bank xarici valyuta ticarətindən 842 min manatını qazanıb
Maliyyə
27 Aprel , 2015 14:06
Silk Way Bank birinci rübü zərərlə başa vurub

Bakı. 27 aprel. REPORT.AZ/ “Silk Way Bank” ASC cari ilin birinci rübünü 92,9 min manat zərərlə başa vurub. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə "SW Bank"ın gəlirləri 9,7 mln. manat, xərcləri 5,6 mln. manat, mənfəəti 4,1 mln. manat təşkil edib. Lakin aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 4,175 mln. manat ayırmadan sonra Bank rübü 92,91 min manat zərərlə başa vurub. Bildirək ki, bu ayırmaların 3,3 mln. manatı kredit və depozit itkiləri üzrə ehtiyata ayırmaların payına düşüb.

Hesabata əsasən, bu ilin yanvar-mart aylarında Bankın faiz gəlirləri 5,4 mln. manat, qeyri-faiz gəlirləri 4,3 mln. manat təşkil edib.

Qeyri-faiz gəlirinin 3,1 mln. manatı məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirin payına düşüb. Bunun da 842,0 min manatını xarici valyuta ticarəti üzrə gəlirlər, 2,3 mln. manatı xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər əhatə edib. Digər xidmət növlərindən komisyon gəlirlər cəmi 41,6 min manat olub.

Qeyd edək ki, "SW Bank" ASC-nin birinci rübdə faiz xərcləri 2,6 mln. manat, o cümlədən 1,0 mln. manat depozitlər üzrə faizlər, qeyri-faiz xərcləri 3,0 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi