Sığorta şirkətlərində rəhbər vəzifə tutmaq istəyənlər üçün attestasiya olacaq

Sığorta şirkətlərində rəhbər vəzifə tutmaq istəyənlər üçün attestasiya olacaq Attestasiya Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında keçiriləcək
Maliyyə
25 Oktyabr , 2016 15:42
Sığorta şirkətlərində rəhbər vəzifə tutmaq istəyənlər üçün attestasiya olacaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın sığorta şirkətlərində rəhbər vəzifəyə təyinat üçün müraciət edən şəxslər oktyabrın 27-də, saat 10:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) inzibati binasında keçiriləcək attestasiyaya dəvət olunur. 

Bu barədə "Report"a palatadan bildirilib.

Məlumata görə, attestasiya “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları"nın 4.1-ci bəndinə əsasən baş tutacaq.

Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsi tələb olunur. 

Attestasiyada iştirak edəcək şəxslərin siyahısı aşağıdakı kimidir:

Leyla Eldar qızı Muradova

İlqar Mir Yusif oğlu Əliyev

Ayaz Faiq oğlu Quliyev

Rəşad Əflatun oğlu Tağıyev

Orxan Oqtay oğlu Əfəndiyev

Fuad Kamran oğlu Allahverdiyev

Maqsud Arifoviç Müslüm-zadə

Kəmalə Əlyar qızı Əliyeva

İntiqam Mirzəhüseyn oğlu Seyfulla

Azər Allahverdi oğlu Əliyev

Musa Elxan oğlu Məmmədov

Milana Zakir qızı Əliyeva

Kənan Səməd oğlu Əskərov

Əsli Rza qızı Məmmədova

Şəhriyar Ələkbər oğlu Həsənverdiyev.

Son xəbərlər

Orphus sistemi