Azərbaycanda ən yüksək artım dinamikası müşahidə olunan sığorta növləri müəyyənləşib

Azərbaycanda ən yüksək artım dinamikası müşahidə olunan sığorta növləri müəyyənləşib Sığorta yığımlarında ən çox artım kredit, azalma isə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb
Maliyyə
3 Fevral , 2015 09:15
Azərbaycanda ən yüksək artım dinamikası müşahidə olunan sığorta növləri müəyyənləşib

Bakı. 3 Fevral. REPORT.AZ/ 2014-cü ildə sığorta növləri arasında ən ciddi artım kredit sığortasında qeydə alınıb. Bu növ sığortada yığım 10,3 dəfə artaraq 1,31 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, artımın dinamikasına görə 2-ci yeri kənd təsərrüfatı heyvanlarının sığortası tutub. Bu sığorta növündə toplanan sığorta haqqı 3,8 dəfə artaraq 2 milyon manatı keçib.

Sığorta yığımlarının məbləği həyatın ölüm halından sığortasında 2,8 dəfə artaraq 16,7 milyon manat, həyatın yaşam sığortasında 58% artaraq 59,5 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 3,3 dəfə artaraq 458 min manat, fərdi qəza və xəstəlik sığortasında 3,2% artaraq 11,2 milyon manat, tibbi sığortada 8,9% artaraq 71,3 milyon manat, səyahət sığortasında 13,1% artaraq 2,1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 13,9% artaraq 28,3 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 31,3% artaraq 17,4 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 8% artaraq 403 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 1,6% artaraq 70,3 milyon manat, sərnişinlərin icbari fərdi qəza sığortasında 78,4% artaraq 150 min manat təşkil edib.

İl ərzində sığorta növləri arasında ən ciddi azalma isə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığım 53,7% azalaraq 939 min manata düşüb. Azalmanın dinamikasına görə 2-ci yeri işçilərin dələduzluğu sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 43,7% azalaraq 567 min manat təşkil edib.

Sığorta yığımlarının məbləği əmlakın yanğından və digər risklərdən sığortasında 23,7% azalaraq 36,4 milyon manat, kasko sığortada 33,5% azalaraq 37,8 milyon manat təşkil edib.

Sığorta ödənişlərinə gəlincə isə ən çox artım hava nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 158 dəfə artaraq 215 min manata çatıb. Ödənişin dinamikasına görə 2-ci yeri su nəqliyyat vasitələrinin sığortası tutub. Bu sığorta növü üzrə ödəniş 69 dəfə artaraq 94 min manata çatıb.

Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 5,2 dəfə artaraq 1,3 milyon manat, həyatın yaşam sığortasında 11,4 dəfə artaraq 24,8 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 10,6% artaraq 1,6 milyon manat, tibbi sığortada 4,3% artaraq 48,1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,4 dəfə artaraq 7,6 milyon manat, kasko sığortasında 2,2% artaraq 28,6 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 65% artaraq 2,4 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 67% artaraq 2,4 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 12,3% artaraq 30,2 milyon manat təşkil edib.

Sığorta ödənişləri üzrə ən çox azalma isə Milli Məclis deputatlarının icbari şəxsi sığortasında və auditorların peşə məsuliyyətinin icbari sığortasında qeydə alınıb. Bu sığorta növləri üzrə ödəniş 100% azalıb. Səyahət sığortası üzrə ödənişlər isə 8,4% azalaraq 268 min manata düşüb.

Son xəbərlər

Orphus sistemi