Bakı. 24 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı krallığının Nazirlər Kabineti ikiqat vergiyə cəlb olunmasına yol verilməməsi və vergilərin gizlədilməsinin qarşısının alınması haqqında Azərbaycanla imzalanan müqaviləni təsdiq edib. "Report" "Zawya"ya istinadən xəbər verir ki, bu qərar Nazirlər Kabinetinin fevralın 23-də keçirilən iclasında qəbul edilib.
Xatırladaq ki, ikiqat vergi tutulmasına yol verilməməsi və vergilərin gizlədilməsinin qarşısının alınması haqqında protokol Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanı maliyyə naziri İbrahim Əbdüləziz əl-Əssaf tərəfindən ötən ilin martında Ər-Riyadda imzalanıb.