​"Saudi Aramco"nun özəlləşdirilməsi təşkilatçı banka 1 mlrd. dollar qazandıracaq

​"Saudi Aramco"nun özəlləşdirilməsi təşkilatçı banka 1 mlrd. dollar qazandıracaq Özəlləşdirmənin uğursuz nəticələnəcəyi istisna edilmir
Maliyyə
10 İyun , 2016 13:37
​Saudi Aramconun özəlləşdirilməsi təşkilatçı banka 1 mlrd. dollar qazandıracaq

Bakı. 10 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin səhmlərinin ilkin yerləşdirilməsini həyata keçirəcək təşkilatçı bankın rekord həddə komisyon gəlir əldə etməsi gözlənilir. "Report"un "The Wall Streeet Journal"a istinadən verdiyi xəbərə görə, əməliyyatdan əldə ediləcək komisyon gəlirinin 1 mlrd. dollar olması ehtimal edilir. Adətən anderrayterlərə səhm yerləşdirməsindən çatan komissiya haqqı 2% olsa da, "Saudi Aramco"nun 1% təklif edəcəyi bildirilir.

Ekspertlərin fikrincə, "Saudi Aramco" dünyanın ən qapalı şirkətlərindən biri hesab olunur və onun dəyəri təxminən 2,5 trln. dollara bərabərdir. Təxmini hesablamalara görə, şirkətin səhmlərinin 5%-nin fond birjalarında yerləşdirilməsi və bundan 125 mlrd. dollara yaxın gəlir əldə edilməsi proqnozlaşdırılır. Xatırladaq ki, buna qədər ən yüksək həcmli səhm satışı Çin şirkəti "Alibaba"ya aid olub və 25 mlrd. dollar təşkil edib. Ən yüksək komisyon haqq isə 2008-ci ildə 19,65 mlrd. dollar həcmində səhm satışı həyata keçirən "Visa" şirkəti tərəfindən (550 mln. dollar) ödənilib.

"The Wall Street Journal"a görə, "Saudi Aramco"nun özəlləşdirilməsində bir sıra problemlər yarana bilər. Belə ki, investorlar neft asılılığından qurtulmaq istəyən bir ölkənin neft şirkətinin səhmlərini almaq istəməyə bilər. Bundan başqa, səhmləri əldə edən investorlar 261 mlrd. barel neft ehtiyatlarında heç bir pay haqqına sahib olmayacaq.

"Saudi Aramco"nun səhmlərinin ilkin yerləşdirilməsini həyata keçirəcək bankın "JP Morgan Chase" olacağı gözlənilir. Belə ki, bu bank həm "Saudi Aramco"nun, həm Səudiyyə Ərəbistanının əsas kreditorudur. Anderrayter bankın nəinki şirkətin səhmlərini yerləşdirmək , həmçinin Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldıracaq layihəni maliyyələşdirmək öhdəliyi olacağı bildirilib. Xatırladaq ki, ilin əvvəliundə Səudiyyə Ərəbistanı "Perspektivlər-2030" adlanan iqtisadi transformasiya ilə bağlı planlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi