Samir Şərifov: "Regionda infrastruktur layihələrinə yardım edilməlidir"

Samir Şərifov: "Regionda infrastruktur layihələrinə yardım edilməlidir" ADB-nin Direktorlar Şurasında sədrlik Azərbaycandan Almaniyaya keçib
Maliyyə
5 May , 2015 12:06
Samir Şərifov: Regionda infrastruktur layihələrinə yardım edilməlidir

Bakı. 5 may. REPORT.AZ/ Mayın 5-də Asiya İnkişaf Bankı (ADB) Direktorlar Şurasının biznes sessiyasının ikinci iclası keçirilib. Sessiyada çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, qlobal bazarlardakı tərəddüd, maliyyə böhranı ölkələrə təsir edir: Azərbaycanda isə Mərkəzi Bank valyuta məsələlərinə sabit yanaşır. Bunun nəticəsidir ki, sərmayə reytinqimizi 3 agentlik sabit saxlayır".

"Report"un verdiyi xəbərə görə, nazir həmçinin neftin ucuzlaşması, daxili və xarici təsirlərin risklər yaratdığını deyib: "Odur ki, regionda infrastruktur layihələrinə maliyyə qoymağa yardım edilməlidir. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası bunları aradan qaldırmaq üçün düzgün istiqamətdir".

Tədbirdə çıxış edən ADB-nin prezidenti Takehiko Nakao və digər ölkələrin nümayəndələri Azərbaycana Direktorlar Şurasının illik toplantısına ev sahibliyini yüksək səviyyədə təşkil etdiyi üçün təşəkkür edib.

Eyni zamanda iclasın yekununda Direktorlar Şurasına sədrlik Azərbaycandan Almaniyaya keçib.

Son xəbərlər

Orphus sistemi