​Samir Şərifov: "Dövlət büdcəsinə dəyişikliklər çətinliklərin həllinə xidmət edəcək"

​Samir Şərifov: "Dövlət büdcəsinə dəyişikliklər çətinliklərin həllinə xidmət edəcək" Nazirin fikrincə, büdcəyə dəyişiklər xarici iqtisadi şokların mənfi təsirinin minimallaşdırılması üçün nəzərdə tutulub
Maliyyə
23 Fevral , 2016 12:53
​Samir Şərifov: Dövlət büdcəsinə dəyişikliklər çətinliklərin həllinə xidmət edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinə nəzərdə tutulan dəyişiklər xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirinin minimuma endirilməsi, yeni iqtisadi çağışrışlarla bağlı maliyyə təminatının yaradılması və çətinliklərin həllinə xidmət edəcək. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında büdcəyə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, ötən il mənfi şokları nəzərə almaqla büdcə xərclərində qənaətə başlanılıb.

"2015-ci ilin büdcəsinin icrası zamanı bir sıra maddələr üzrə vəsaitə qənatə edilib. Dövlət büdcəsinin 1,4 mlrd. manata yaxın xəzinə qalığı mövcud olub ki, həmin xəzinə qalığının büdcə kəsirinin örtülməsi üçün istifadəsi nəzərdə tutulur", - deyə S.Şərifov əlavə edib.

Son xəbərlər

Orphus sistemi