Şahmar Mövsümov: "Fondun aktivlərinə manat kütləsinin daxil olması müvəqqətidir"

Şahmar Mövsümov: "Fondun aktivlərinə manat kütləsinin daxil olması müvəqqətidir" Son zamanlar manata ehtiyacı az olduğundan, Fondda manat ehtiyatları yaranıb
Maliyyə
12 Oktyabr , 2016 16:29
Şahmar Mövsümov: Fondun aktivlərinə manat kütləsinin daxil olması müvəqqətidir

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə manatın daxil edilməsi müvəqqəti fenomendir. Bu, onunla bağlıdır ki, Neft Fondu öz konvertasiya əməliyyatlarını təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirir". 

"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. 

"ARDNF-in il ərzində hansı məbləğdə manata ehtiyacı olacaqsa, o miqdarda konvertasiya həyata keçirilir. Bazara bilavasitə təzyiq göstərməmək, böyük dəyişiklik gətirməmək məqsədi ilə bu əməliyyatlar mütəmadi həyata keçirilir. Büdcədən müraciət olunduqda, ödəniş edilir. Son zamanlar büdcənin manata ehtiyacı az olduğundan, Fondda manat ehtiyatları yaranıb", - deyə icraçı direktor əlavə edib. 

Ş.Mövsümovun sözlərinə görə, bu manat kütləsinin hamısı ilin sonuna kimi dövlət büdcəsinə transfert ediləcək: "Bütün büdcə öhdəliklərimizi yerinə yetirməliyik. İlin sonuna kimi büdcədə nəzərdə tutulan həcmdə konvertasiya həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi