Şahmar Mövsümov: “ARDNF-dən büdcəyə transfertlərin azalması olduqca müsbət haldır”

Şahmar Mövsümov: “ARDNF-dən büdcəyə transfertlərin azalması olduqca müsbət haldır” “Bu həm fiskal konsalidasiyaya imkan verir, həm də makroiqtisadi sabitliyi təmin edir”
Maliyyə
26 Sentyabr , 2016 13:32
Şahmar Mövsümov: “ARDNF-dən büdcəyə transfertlərin azalması olduqca müsbət haldır”

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Gələn ilin dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi bu illə müqayisədə 1,5 milyard manat az, yəni 6,1 mlrd. manat təşkil edəcək".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.

O hesab edir ki, ARDNF-dən büdcəyə transfertlərin azalması olduqca müsbət haldır: “Bu həm fiskal konsalidasiyaya imkan verir, həm makroiqtisadi sabitliyi təmin edir, həm də valyuta ehtiyatlarının qorunmasına imkan verir”.

Son xəbərlər

Orphus sistemi